REPO-nun bağlanma tarixi

REPO closing date REPO Şəhadətnaməsinə uyğun olaraq emitent tərəfindən qiymətli kağızların müştərilərdən satın alındığı gündür.
REPO-nun açılma tarixi
REPO sazişi (əqdi)
OBASTAN VİKİ
Repo
Repo müqaviləsi (ing. Repurchase agreement) — qiymətli kağızların satışı zamanı bağlanır. Bu müqaviləyə əsasən qiymətli kağızları satan tərəf onları əvvəlcədən müəyyən edilmiş qiymətə geri almağı öhdəsinə götürür. Bu cür müqavilələr hələ orta əsrlərdən — italyan bankirlərinin veksellərlə əməliyyatlar keçirdiyi vaxtlardan mövcuddur Repo zəmanəti verən avtomobil dileri öhdəsinə götürür ki, satdığı avtomobili bir il ərzində ilkin dəyərindən əvvəlcədən müəyyən edilmiş məbləği çıxaraq geri alacaq. Çıxılan məbləğ faizlə ifadə olunur. Hər növbəti il avtomobilin geri alınma dəyəri eyni miqdarda azalır. Məsələn, diler −10 Repo zəmanəti verirsə, bu o deməkdir ki, o, 1 il ərzində satdığı avtomobili əvvəlki dəyərindən 10% çıxaraq geri satın almağı öhdəsinə götürür. Və hər növbəti il onun qiyməti daha 10% aşağı düşür. Beləliklə, diler avtomobil alıcısının avtomobilə sahib olma zamanı itirəcək maksimal məbləğə zəmanət verir. Repo zəmanəti adətən müəyyən müddət (3–5 il) ərzində qüvvədə qalır.
DNT-nin bağlanma sahəsi
DNT-nin bağlanma sahəsi — DNT bağlanma sahələri, digər molekulların bağlana biləcəyi DNT-də olan bir növ bağlanma sahəsidir. DNT bağlanma sahələri digər bağlanma sahələrindən DNT ardıcıllığının bir parçası olması (məsələn, genom) və DNT bağlama zülalları ilə əlaqəli olmaları ilə fərqlənir . DNT bağlanma yerləri tez-tez transkripsiya faktorları kimi tanınan ixtisaslaşmış zülallarla əlaqələndirilir və bu səbəbdən transkripsiyanın tənzimlənməsi ilə əlaqələndirilir . Müəyyən bir transkripsiya faktoru üçün DNT bağlanma sahələrinin cəminə onun sistromu deyilir. DNT-yə bağlanma sahələri, məhdudlaşdırıcı fermentlər, sahəyə spesifik rekombinazlar və metiltransferazlar kimi digər proteinlərin hədəflərini də əhatə edir. Beləliklə, DNT-yə bağlanma sahələri, bir və ya daha çox DNT bağlayan zülal və ya protein kompleksi ilə xüsusi olaraq bağlanan qısa DNT ardıcıllığı olaraq təyin edilə bilər. Bəzi bağlayıcı sahələrin sürətli təkamül dəyişikliklərinə məruz qalma potensialına sahib olduğu bildirildi. DNT-yə bağlanma sahələri bioloji funksiyalarına görə təsnif edilə bilər. Beləliklə, transkripsiya faktorları, məhdudlaşdırma sahələri və rekombinasiya sahələri üçün bağlanma sahələrini ayırd edə bilərik . Bəzi müəlliflər bağlayıcı saytların ən uyğun təqdimat üsuluna görə də təsnif edilə biləcəyini irəli sürmüşlər .
Nun Surəsi
68-ci surə Nun və ya əl-Qələm (Qələm) surəsi (Məkkədə nazil olmuşdur, 52 ayədir) Surənin adı 1-ci ayədə çəkilən qələm sözündən götürülüb: "Nun!
Liverpul FK-nun tarixi (1892-1959)
"Liverpul"un əsası "Everton"un prezidenti və "Enfild"in sahibi Con Houldinq arasında olan mübahisəsi nəticəsində yaranmışdı. 1891-ci ildə “Everton” İngiltərə çempionu olur. Həmin vaxt Con Holdinq sözügedən komandanın ev oyunlarını keçirdiyi “Enfild Roud” stadionuna sahib çıxır və arenanın icarə haqqını 2 dəfə artırır. “Everton” rəhbərliyi bu məbləği ödəməkdən boyun qaçırır və “Qudison Park”a köçür. Con Holdinq şəxsi klubunu yaratmaq qərarına gəlir. Beləliklə, 1892-ci ildə futbol dünyasında “Liverpul” adlı futbol klubu təşrif buyurur. Holdinq Şotlandiyaya gedərək, oradan 13 peşəkar futbolçunu komandasına gətirir. "Liverpul" Lankaşır liqasında çıxış etməyə başladı. Artıq 2 il sonra, 1893/94 sezonunda, "Liverpul" 2-ci diviziona qalxaraq, İngiltərənin Futbol Liqasına daxil oldu. İlk çempionluq titulunu 1900/01 sezonunda qazanan "Liverpul", 5 il sonra, 1905/06 sezonunda, eyni uğuru təkrarlaya bildi.
Liverpul FK-nun tarixi (1959-1985)
Pis göstəricilərə görə "Liverpul"a yeni məşqçi gəlir - Bill Şenkli. Şenklinin gəlişindən sonra, "Liverpul"un heyəti yeniləndi. Komandaya nə az, nə çox, düz 24 futbolçu cəlb olunmuşdu. Şenkli "Enfild"dəki zirzəmini yeniləyərək, məşqçilərin müzakirə otağı etmişdi - Buts otağı (Boot room). "Liverpul" 1-ci diviziona 1961/62 sezonunda qalxa bildi. Şenklinin komandası 17 illik çempionsuzluğu son qoyaraq, 1963/64 sezonunda İngiltərə çempionu olmuşdu. 1965-ci ildə finalda "Lids Yunayted"i məğlub edən "Liverpul", tarixində ilk dəfə İngiltərə Kubokunu qazanmışdı. 1965/66 sezonunda "Liverpul" 7-ci dəfə İngiltərə çempionu olur. 1973-cü ildə, finalda "Borussiya Mönxenqladbax"ı məğlub edərən "Liverpul", UEFA Kubokunu qazanmışdı. Növbəti ildə isə "Liverpul" İngiltərə Kubokunu qazanmışdı.
Liverpul FK-nun tarixi (1985-hazırda)
1985-ci ildəki Eyzel faciəsinə görə, məşqçi Feqan istefa verdi. Co Feqandan sonra, baş məşqçilik postuna Kenni Dalqliş keçir. O, oynayan məşqçi olur. Kenninin dövründə "Liverpul" 3 dəfə liqada 1-ci olur, 2 dəfə İngiltərə kubokunu qazana bilir. 1985/86 sezonunda "Liverpul" klassik dublya imza atır. Həmin sezon "Liverpul" həm çempionatı, həm də İngiltərə Kubokunu qazana bilir. 15 aprel 1989-cu ildə "Hillsboro" faciəsi baş verir. 96 "Liverpul"lu həlak olur. 1988/89 sezonu "Liverpul" pərəstişkarları üçün ən drammatik sezon oldu. "Arsenal"ın "Liverpul"la eyni xalı olmasına baxmayaraq, top fərqində "kanonirlər" "qırmızılar"dan üstün oldular.
Yuşə ibni Nun
Yuşa ibn Nun
Yuşə və ya Yeşua (q.yəh. יְהוֹשֻׁעַ בִּן נוּן‎, Yexoşua bin-Nun; süry. ܝܫܘܥ ܒܪ ܢܘܢ,Yəşu bar Non; mənası – "Yahve xilas edir"), xristianlıqda İisus Navin, İsus Navin və ya Yisus Navin (yun. Ἰησοῦς; lat. Iosue), Qafqaz albanlarına görə Esu, islamda Yuşa ibn Nun (ərəb. يُوشَعُ ٱبْنُ نُونٍ‎, Yuşə ibn Nun) — Çıxış və Saylar kitablarında Musanın köməkçisi kimi fəaliyyət göstərmiş, daha sonra Yəhudi Bibliyasının Yuşənin kitabında Musadan sonra İsrail qəbilələrinin başçısı olmuşdur. Bibliyada verilən məlumata görə, o, Çıxışdan əvvəl Misirdə anadan olmuşdur. Coogan, Michael D. A Brief Introduction to the Old Testament. Oxford: University Press. 2009.
Cərrahiyyə tarixi
Cərrahiyyə (cərrahlıq) — bədənə fiziki müdaxilə yoluyla diaqnoz, profilaktika və müalicə yollarını öyrənən tibb sahəsi. Azərbaycanın Çalağantəpə məntəqəsində aparıılmış arxeoloji qazıntılar nəticəsində, e.ə. IV minilliyə aid və üzərində trepanasiya əməliyyatının izlərini daşıyan insan kəlləsi aşkar olunmuşdur. Əməliyyat çınqıl daşından hazırlanmış skalpellə yerinə yetirilmişdir və, çox güman ki, xəstənin ağrı və iztirablarını azaltmaq, məqsədini güdürdü. Bu tapıntı tunc-daş dövründə yaşayan cərrahların müəyyən bilik və səriştəyə malik olmasından xəbər verir. E. ə. VIII–IV əsrlərdə Azərbaycanın qədim əraziləri olan Manna və Midiya dövlətlərində tibb Assuriya və Babilistan tibbinin təsiri altında inkişaf edirdi. Atroptena və Qafqaz Albaniyası dövlətlərində tibb nəzəriyyəsi qədim Zərdüştilikdən gələn və yunanlar tərəfindən mənimsənilmiş dörd unsur (od, su, torpaq və hava) nəzəriyyəsinə əsaslanırdı. Hippokrat və Qalenin əsərləri və ümumiyyətlə qədim Yunan tibbi Ellinizm dövründə (e.ə. IV əsrdən sonra) yayılmağa başladı.
Danimarka tarixi
Danimarka tarixi, bugünkü Danimarka Krallığı torpaqlarının tarix öncəsi dövrlərdən günümüzə qədər uzanan tarixdən ibarətdir. Danimarkada insanların 100.000 ildən çox bir tarixi var, lakin Danimarkanın şimalda yerləşməsi səbəbindən insanlar son buz dövründə Danimarkanı tərk etməli oldular və insanlar eramızdan əvvəl 12.000-də buzlaqların geri çəkilməsi ilə yenidən Danimarka torpağında gəldilər. Eramızdan əvvəl 3000-ci ildə Danimarkanın yerli sakinləri öz torpaqlarında əkib becərməyə başladılar. Dəmir dövründə (eramızdan əvvəl IV — I əsrdə Skandinav iqlimi soyuq və yağışlı bir dövrdən keçdi. Bu dövrdə Danimarkalıların cənubi Almaniya bölgəsinə köç etdikləri təyin olunub Roma İmperiyasının ən güclü dövründə belə, sərhədləri Danimarkanı əhatə etmirdi. Bununla birlikdə, Danimarkada tapılan Roma sikkələri, iki bölgə arasında ticarət əlaqələrinin güclü olduğunu sübut edir. Bundan əlavə, Danimarkanın Roma ordusuna əsgər verdikləri təyin olundu. Danimarkada yayılmış torf bataqlıqları arxeoloji məlumatların böyük bir mənbəyidir. Danimarkada Antik dövrdən qalma yazılı sənədlər olmadığından, bu bataqlıqlarda aşkar edilmiş yaxşı qorunan insan cəsədləri tarixçilərə o dövrdə Danimarkalıların mədəniyyəti və həyat tərzi haqqında bir fikir verə bilər. 8-ci və 11-ci əsrlər arasında Danimarkada Vikinqlər kimi tanınan tayfa hökm sürürdü.
Din tarixi
Dinlər tarixi — tarix boyunca mövcud olmuş, bu günümüzə qədər gələn və gəlib çatmayan bütün dinlərin yaranışı, inkişafı, inanc, ibadət və əxlaqi dəyərləri öyrənən elm sahəsidir. Dinlərin yaranması məsələsi ilə ilk növbədə XIX əsrin ortalarında müstəqil elm sahəsinə çevrilməyə başlayan dinşünaslıq məşğul olur. Bununla belə, din məsələsinə maraq bəşəriyyətin bütün tarixi boyunca mövcud olub. Hələ qədim zamanlarda insanlar tanrılara inamı (politeizmi) dərk etməyə çalışırdılar. Məsələn, yunan şairi Hesiod (e.ə. VIII–VII əsrlər) "Teoqoniya" ("Tanrıların mənşəyi haqqında") əsərində yunan mifologiyasının ilk sistemli təsvirini verməyə çalışmış və burada da o, tanrıların mənşəyi haqqında öz fikirlərini ifadə etmişdir. Bununla belə, onun mifologiyasını mənimsəyən II minillikdə Mesopotamiyada, Finikiyada, Kiçik Asiyanın cənub-şərqində, Suriyanın və Mesopotamiyanın şimalında yaşamış hetlər və XIV əsrdə fəth edilmiş hurrilər arasında meydana çıxan bu əsərə bənzər parçalar və ya təkrarlar var". Əvvəlcə insanlar dinin meydana gəlməsini müxtəlif yollarla izah etməyə çalışırdılar: o, təbii mənşəlidir, yoxsa vəhy dinidir; yaxud sosial mənşəlidirmi? Məsələn, hökmdarlar tərəfindən icad edilmişdir ki, öz dövlətlərində insanlar ədalətli və fəzilətli olsunlar (Miletli Hekatey). Sofist filosoflar dini ictimai hadisə baxımından şərh edirdilər, məsələn, Afinanın tiran hökmdarı Kritius insanları qorxu içində saxlamaq üçün aldatma nəzəriyyəsi irəli sürmüşdür.
Dinlər tarixi
Dinlər tarixi — tarix boyunca mövcud olmuş, bu günümüzə qədər gələn və gəlib çatmayan bütün dinlərin yaranışı, inkişafı, inanc, ibadət və əxlaqi dəyərləri öyrənən elm sahəsidir. Dinlərin yaranması məsələsi ilə ilk növbədə XIX əsrin ortalarında müstəqil elm sahəsinə çevrilməyə başlayan dinşünaslıq məşğul olur. Bununla belə, din məsələsinə maraq bəşəriyyətin bütün tarixi boyunca mövcud olub. Hələ qədim zamanlarda insanlar tanrılara inamı (politeizmi) dərk etməyə çalışırdılar. Məsələn, yunan şairi Hesiod (e.ə. VIII–VII əsrlər) "Teoqoniya" ("Tanrıların mənşəyi haqqında") əsərində yunan mifologiyasının ilk sistemli təsvirini verməyə çalışmış və burada da o, tanrıların mənşəyi haqqında öz fikirlərini ifadə etmişdir. Bununla belə, onun mifologiyasını mənimsəyən II minillikdə Mesopotamiyada, Finikiyada, Kiçik Asiyanın cənub-şərqində, Suriyanın və Mesopotamiyanın şimalında yaşamış hetlər və XIV əsrdə fəth edilmiş hurrilər arasında meydana çıxan bu əsərə bənzər parçalar və ya təkrarlar var". Əvvəlcə insanlar dinin meydana gəlməsini müxtəlif yollarla izah etməyə çalışırdılar: o, təbii mənşəlidir, yoxsa vəhy dinidir; yaxud sosial mənşəlidirmi? Məsələn, hökmdarlar tərəfindən icad edilmişdir ki, öz dövlətlərində insanlar ədalətli və fəzilətli olsunlar (Miletli Hekatey). Sofist filosoflar dini ictimai hadisə baxımından şərh edirdilər, məsələn, Afinanın tiran hökmdarı Kritius insanları qorxu içində saxlamaq üçün aldatma nəzəriyyəsi irəli sürmüşdür.
Dünya tarixi
Dünya tarixi və ya insanlıq tarixi — bütövlükdə bəşər cəmiyyətinin inkişaf prosesi, bütün xalqların tarixində özünü göstərən qanunauyğunluqlar ilə səciyyələnir. Dünya tarixi prosesi bəşər cəmiyyətinin yaranması ilə başlayır və ümumi fərqləndirici xüsusiyyətlərdən asılı olaraq şərti olaraq xronoloji dövrlərə bölünür Bəzən dünya tarixi ayrı-ayrı ölkələrin tarixinin və ya özünəməxsus və nisbətən qapalı mədəniyyətlərin tarixlərinin məcmusu kimi başa düşülür. Bəşər tarixinin inkişafı iki yolla həyata keçirilir: kəşflərin və tapıntıların tədricən artması, həmçinin maddi və mənəvi təkamül dövrünü təşkil edən keyfiyyətli sıçrayışlar və ya inqilablar yolu ilə. Kənd təsərrüfatı (Neolit) inqilabı sivilizasiyaların, məskunlaşmış icmaların inkişafına, yəni köçəri həyat tərzindən (maldarlıq və yığım) əkinçiliyə keçdi. Bu qədim sivilizasiyalarda biliklərin nəsildən-nəslə maddi daşıyıcılarda ötürülməsinə imkan verən yazı icad edilmişdir. Bu, müxtəlif sənətkarlıqların inkişafına, əmək bölgüsünə və cəmiyyətin təbəqələşməsinə təkan verdi. Səpələnmiş yaşayış məntəqələri həyatı dəstəkləyən mənbələr — münbit təbii suvarılan torpaqlar, su (çaylar və göllər) və heyvandarlıq üçün bol otlaqlar ətrafında cəmləşmişdir. Nəqliyyat vasitələrinin təkmilləşdirilməsi də buna kömək etdi. Qədim icmaların bu təbii inkişaf prosesləri, min illər boyu inkişaf edən qonşu icmalar arasındakı rəqabət və qarşıdurmalarla müşayiət olunan vəziyyət dövlətlərin və daha sonra super güclərin (imperiyaların) yaranmasına səbəb oldu. Qədim dövrün sonunda Roma İmperiyasının Avropada süqutu orta əsrlərin başlanğıcı oldu.
Ekologiyanın tarixi
Ekológiya XX yüzilliyin ikinci yarısında formalaşmış elmdir. Onun yaranmasının obyektiv səbəbləri olmuşdur. Son yuzillik ərzində insan toplumlarının inkişafı bütün göstəricilər üzrə ən yüksək həddə gəlib çıxmışdır. Yer kürəsinin əhalisi kəskin olaraq artmış və indi 6 milliarddan çoxdur (1992-ci ildə – 5.4 mlrd, 1997-ci ildə – 5.8 mlrd). Bu qədər böyük insan kütləsini maddi cəhətdən təmin etmək üçün kənd təsərüfatı və sənayenin gücləri də kəskin olaraq artmışdır. Keçmişdə insanlar azla yetərlənmişdirlərsə, bu gün onların istəkləri çoxalmışdır. Yaşayışın ritmi də buna gətirib çıxartmışdır. Yaşayışın standartları da artmışdır. Çağdaş sənayesonrası (postindustrial) toplumu istehlak toplumu da adlandırmaq olar. Çağdaş sənaye insanın hər bir ehtiyacını ödəməyə yönəlmişdir.
Elm tarixi
Elm tarixi — elmin yaranmasını və elm fenomenini öyrənən tədqiqatlar. Elm elmi cəmiyyət tərəfindən dünya haqqında empirik, nəzəri və praktiki yolla toplanmış biliklər toplusudur. Elm tarixi həm obyektiv informasiyanı, həm də elmdə mövcud olmuş qeyri-obyektiv informasiyanı da toplayaraq tədqiq edir. Elmin tarixinin öyrənilməsi ilk növbədə saxlanılmış original və ya istinadən yenidən nəşr edilmiş mətnlər əsasında baş verir. «Elm» və «alim» terminləri istifadəyə XVIII—XX əsrlərdə daxil olub, ona qədər isə biliklərin hamısı toplam şəkildə «natural fəlsəfə» adlanırdı.
Ermənistan tarixi
Estoniya tarixi
Estoniya tarixi — estonların yaşadığı Baltik dənizinin şərq sahillərindən başlayır. Estonlar tarixən Tevton ordeni ilə yaxından əməkdaşlıq etmiş Livoniya ordeni və Hanza ittifaqı kimi birliklərin fəaliyyətində yaxından iştirak etmişlər. Estonlar eradan əvvəl Ural dağının ətəklərindən başlayaraq, indiki yaşadıqları ərazilərə doğru hərəkət etməyə başlamışdılar. Estonlar tarixi baxımdan Macarlar və Finlərlə yaxın münasibətlərdə olmuşlar. Estoniya sözünün dünya dillərində bu gündə işlədilən Eastern sözündən yarandığı ehtimal edilir. Şərq mənasını bildirən bu söz Eston xalqının Baltik dənizinin şərqində yaşadığını göstərirdi. Estonlar Baltik dənizinin şərqində yerləşən limanlarda XV əsrdən etibarən yaşamağa başlamışdılar. Estonlar Avropada Xristianlıq dinini ən geç qəbul etmiş xalqlardandır. XII əsrdə Baltik dənizinin şərq sahillərində ticarət fəaliyyəti ilə məşğul olmuş Almanların qədim nəsilləri yerli xalqı Xristianlıq dininə dəvət etmişdilər. Estonların yeni dinə maraq göstərmədiklərini və dini qəbul etməkdən imtina etdiklərini gördükdə, Roma Papası vəziyyət barədə məlumatlandırılmışdır.
Fotoqrafiya tarixi
Fotoqrafiya (yunan dilində foto — işıq, qrafo — yazıram, çəkirəm deməkdir) sənətinin tarixi qədim dövrlər aiddir.. Xüsusi zəhmət çəkmədən və tez zamanda istənilən rəsmi çəkmək, insanın, mənzərənin və s. əksini əldə etmək həmişə insanları maraqlandırmışdır. Hələ uzun illər öncə insanların diqqətini çəkən məqamlardan biri də kiçik deşikdən qaranlıq otağa süzülən günəş şüasının yaratdığı effekt, bu işıqda əşyaların proporsiya və rəng baxımından əks olunması idi. İşığın qaranlıq otaqda yaratdığı bu effekt hələ e.ə. IV əsrdə yaşamış qədim yunan alimi Aristotelə məlum idi. Aya Sofiya məbədinin tikintisində iştirak edən Bizans riyaziyyatçısı və arxitektoru Trallı Anfimiya (474–558) məbədin daxilindəki güzgülərin yerləşmə sxemini lahiyələşdirərkən kamera obskuranın iş metodundan istifadə etmişdi. Optikanın "atası" hesab olunan və Avropada "Alhazen" kimi tanınan ibn-əl Heysəm Platon və Evkilindin işıq şüalarını gözlə əlaqəsi haqqında nəzəriyyənin səhv olduğunu sübut etmişdir.. Basralı ərəb fiziki və riyaziyyatçısı İbn əl-Heysəm günəş tutulması zamanı onun şüalarını incələmək üçün Kamera obskura (Qaranlıq qutu) adlı sistemdən istifadə etmiş və o, ilk dəfə kamera-obskuranın işləmə prinsipini izah etmişdi. Kamera-obskura zahirən bir tərəfində dəlik olan yeşiyə bənzəyirdi.
Fransa tarixi
Fransa tarixi — Qərbi Avropa ən böyük şəhərlərindən biri idi. Onun tarixi Merovinqlər (V–VIII əsrlər), Karolinqlər (VIII–X əsrlər), Kapetinqlər (X–XIV əsrlər) və Valua kimi tanınan dörd kral sülaləsinin hakimiyyət dövrlərini əhatə edir. Hələ qədim zamanlardan bəri şəhər üç şərti hissəyə bölünmüşdü (Site adası, şimal sağ sahili və cənub sol sahili); bu ərazilərin hər birisi öz fərdi inkişaf xüsusiyyətlərinə malik idi . XI əsrdə Fransa iri və xırda feodal mülklərinə parçalanmışdı. Ölkənin şimal-şərq torpaqları Paris və Orleanla birlikdə krala məxsus idi. Kral bütün ölkə üçün qanun verə bilməzdi, vergi toplamaq hüququna malik deyildi. Hətta vassallar da kral torpaqlarında qəsrlər tikirdilər. Kral öz mülkündən əldə etdiyi gəlirin hesabına yaşayırdı. Onun qoşunu və muzdla işləyən məmurları yox idi. X–XI əsrlərdə Avropanın hər yerində olduğu kimi, Fransada da kənd təsərrüfatı və sənətkarlıqda irəliləyiş yarandı.
Futbol tarixi
E.ə 7000 — İlk top oyunları meydana çıxdı. E.ə. III əsr — Çində futbola bənzər "Tsutsyu" oyunu yarandı. E.ə. 100 — Yunanıstanda "Episkires" oyunu ortaya çıxdı. 600 — Kiotoda futbola bənzər "Kemani" oyunun yaradılması. X əsr — Türklərin "Təpük" oyununu oynamağa başladı. 1170 — İngiltərə arxivləri ilk dəfə futbol oyunundan bəhs etdi. 1314 13 aprel — İngiltərə kralı II Edvard Londonda futbolu qadağan etdi. 1365 — İngiltərə kralı III Eduard futbolu qadağan etdi.
Futbolun tarixi
E.ə 7000 — İlk top oyunları meydana çıxdı. E.ə. III əsr — Çində futbola bənzər "Tsutsyu" oyunu yarandı. E.ə. 100 — Yunanıstanda "Episkires" oyunu ortaya çıxdı. 600 — Kiotoda futbola bənzər "Kemani" oyunun yaradılması. X əsr — Türklərin "Təpük" oyununu oynamağa başladı. 1170 — İngiltərə arxivləri ilk dəfə futbol oyunundan bəhs etdi. 1314 13 aprel — İngiltərə kralı II Edvard Londonda futbolu qadağan etdi. 1365 — İngiltərə kralı III Eduard futbolu qadağan etdi.
FİFA tarixi
FIFA (fr. Fédération Internationale de Football Association, azərb. Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası‎) — futbol ve futzalın dünya səviyyəsində ali idarəedici orqanıdır. Dünyanın ilk yaradılan və ən böyük QHT-ı olan FİFA 21 May 1904-cü ildə yaradılmışdır. Təşkilata hal-hazırda 209 üzv konfederasiyalar daxildir. 1872-ci ildə Qlazqonun Hamilton Kresent meydanında İngiltərə və Şotlandiya yığmaları arasında keçən rəsmi görüş 0–0 hesabı ilə bitdi. Növbəti il Londonun Oval stadionunda keçirilən maçda isə İngiltərə Şotlandiya üzərində 4-2 hesabı ilə qələbə qazandı. Növbəti il 1873-cü ildə isə dünyanın sayca ikinci milli futbol assosiasiyası – Şotlandiya Milli Futbol Assosiasiyası yaradıldı. Buna qədər İngiltərə Milli Futboll Assosiasiyası dünyanın ilk və tək futbol təşkilatı idi, çünki o zamanlar futbol yalnız Birləşmiş Krallıqda oynanılırdı. Futbol geniş yayıldıqca və milli komandalar arasında keçirilən görüşlərin sayı arttıqca bu oyunlara qlobal səviyyədə nəzarət edəcək bir təşkilatın yaradılmasına ehtiyac duyuldu.
Fəlsəfə tarixi
Fəlsəfə tarixi antik dövrdən bu günə qədər fəlsəfənin inkişaf yolunu, strategiyasını, filosofların fəlsəfi nəzəriyyələrini, sistemlərini, baxışlarını öyrənir. Fəlsəfə tarixinin subyekti fəlsəfə tarixçisidir. Fəlsəfə tarixi tarixi inkişaf müddətində müəyyən mərhələlərdən keçmiş, çoxsaylı müstəqil düşüncələr, ideyalar, nəzəriyyələrlə zənginləşmişdir. Fəlsəfə tarixçisi tarixşünaslıq elminin də məsələyə yanaşma üslub və metodlarından, kriteriyalarından çıxış edərək Fəlsəfə tarixini öyrənir. Antik dövrdən bu yana Fəlsəfə tarixi fəlsəfəni dövrlərə və yerlərə bölərək mərhələli şəkildə tədqiq edir. İlk fəlsəfi fikirlərin yaranıb inkişaf etdiyi qədim Şərq dünyası olmuşdur. Bu baxımdan fəlsəfə tarixçisi Şərq düşüncələrinə dövr və məkan prizmalarından yanaşaraq mövzunu Qədim Şərq fəlsəfəsi adı altında tədqiq edir. Lakin fəlsəfənin beşiyi hesab olunan Şərq dünyası ilə bərabər fəlsəfi düşüncələrin sistemləşdirilməsində və zənginləşdirilməsində əhəməiyyətli yerə və rola malik Antik fəlsəfənin (Qədim yunan - roma fəlsəfəsi)də adını çəkmək mümkündür. Qədim dövrdən etibarən fəlsəfə müəyyən dövrlərə və bölgələrə ayrılaraq araşdırılmış, tədqiq olunmuşdur. Qədim dünya fəlsəfəsi Qədim Şərq fəlsəfəsi Yunan-roma fəlsəfəsi Orta əsrlər fəlsəfəsi Avropa fəlsəfəsi Şərq fəlsəfəsi Yeni dövr fəlsəfəsi Şərq fəlsəfi düşüncə tərzi Qərb fəlsəfi düşüncə təzi Yeni dünya (Amerika) fəlsəfi düşüncə tərzi Müasir fəlsəfə Adil Əsədov.
Google tarixi
Google tarixi — Google rəsmi olaraq 1998-ci ildə quruldu. Google Larri Peyc və Sergey Brin tərəfindən elmi bir layihənin inkişafı kimi meydana çıxdı. 1996-cı ildə Stanford tələbələri Stanford Rəqəmsal Kitabxana Layihəsi (SDLP) üzərində çalışdılar. SDLP "Tək, İnteqrasiyalı və Universal Rəqəmsal Kitabxana üçün İnkişaf etmiş Texnologiyaların İnkişaf etdirilməsinin" məqsədi idi və Milli Elm Fondu və digər federal qurumlar tərəfindən maliyyələşdirildi. Dissertasiya işi üçün bir mövzu axtararkən, digər şeylər arasında, Ümumdünya Şəbəkəsinin riyazi xüsusiyyətlərinin öyrənilməsini, nəhəng bir qrafaq şəklində əlaqələrin quruluşunu təmsil etdiyini düşündü. Akademik məsləhətçisi Terri Vinoqrad, bu fikri seçməsini tövsiyə etdi (daha sonra Səhifəni "indiyə qədər aldığım ən yaxşı tövsiyə" olaraq xatırladı) və Səhifəyə baxaraq hansı veb səhifələrin müəyyən bir səhifəyə keçid verdiyini müəyyənləşdirmək probleminə diqqət yetirdi. səhifədəki məlumatların dəyəri baxımından bu cür geri əlaqələrin sayına və təbiətinə (elmi nəşrlərdə istinadların rolu ilə bənzətməklə). Brin və Peyc toplanan məlumatları müəyyən bir veb səhifənin əhəmiyyət səviyyəsinə çevirmək üçün PageRank alqoritmini inkişaf etdirdilər. Verilmiş URL-ə geri link sayı ilə sıralanan URL siyahısından ibarət olan BackRub nəticələrini təhlil etdikdən sonra, PageRank-a əsaslanan axtarış sisteminin mövcud axtarış alqoritmlərindən daha yaxşı nəticələr verəcəyini başa düşdülər (mövcud axtarış motorları bu sırada sıralanmış səhifələr axtarış sözünün səhifədə görünmə sayına görə). Səhifə sıralaması və səhifə sıralaması üçün oxşar bir strategiya, 1996-cı ilədək IDD Məlumat Xidmətlərindən (IDD Information Services) (Dou Cons törəmə şirkəti) «RankDex» adlı kiçik bir axtarış motoru hazırlayan Robin Li tərəfindən araşdırılmışdır.
Hindistan tarixi
Hindistan tarixi— Hindistanın keçmişi. E.ə. 3 minillikdə Mohenco-daro və Harappa şəhərləri meydana gəlmişdir. Tunc və qızıldan müxtəlif əsyalar düzəldirdilər Yazıdan istifadə edirdilər. Qədim Hindistanın əhalisi: Cəngəllikləri təmizləyərək tarlalar düzəldirdilər Dəmiri emal edirdilər Taxıl, səkər qamışı və pambıq yetişdirirdilər Filləri ahilləşdirərək onlardan təsərrüfatda və döyüşlərdə istifadə edirdilər. Hindistanda tayfa başçıları Racə adlanırdı. Tədricən racələr dövlət başçılarına çevrilməyə başladılar, e. ə. II minillikdə Ari tayfaları Hindistana köç etdilər. Onlar yerli əhali ilə qarışaraq oturaq həyata kecdilər.